“Neftçi”dən milli üzvü ilə yeni müqavilə
03.06.2020 , 12:22

“Neftçi” daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.
“Ağ-qaralar” Azərbaycan U-21 millisinin də üzvü olan qapıçı Kamran İbrahimovla anlaşmanı daha 2 illiyə artırıb. 20 yaşlı qolkiper 2022-ci il mayın sonunadək “ağ-qaralar”ın formasını geyinəcək.
Bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov və Ömər Buludov da yeni anlaşmaya imza atmışdı.
