Qış transfer dövründə "Neftçi"yə qoşulan Conni Leoni Azərbaycan çempionuna müraciət ünvanlayıb.
Bu barədə Korner.az-a "ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib. Klub rəsmisi hələ də, "Neftçi"də debüt edə bilməyən isveçrəli qapıçının paytaxt klubu ilə müqaviləsinin qarşılıqlı şəkildə ləğv olunmasını xahiş etdiyini bildirib:
"Conni Leoni bizə rəsmi məktub yazaraq, müqavilənin ikitərəfli şəkildə pozulmasını istədi. O, ölkəsinə yollandıqdan sonra Bakıya qayıda bilmədiyini bildirdi, viza məsələsində problem yarandığını vurğuladı. Biz də bununla bağlı mövqeyimizi ortaya qoyduq. Məhz bu səbəbdən qapıçının bizə ünvanladığı müraciətə müsbət baxılacaq. Düzdü, hələ rəsmən yolları ayırmamışıq. Ancaq yaxın günlərdə hər şey rəsmiləşəcək.
