“Neftçi”dən ilk transfer – RƏSMİ
10.01.2020 , 21:58

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Bakı təmsilçisi İrandan olan 28 yaşlı yarımmüdafiəçi Saman Nəriman Cahan ilə 1.5 il müddətinə müqavilə imzalayıb.
Sonuncu klubu “Maşinsazi”nin (2916-2017, 2019) kapitanı olan Saman İranın “Naft Tehran” (2012-2013), “Gostareş Fulad ” (2012-2013, 2013-2016, 2017-2018), “Traktor” (2014-2016), “Persepolis” (2017) və “Peykan” (2018-2019) klublarında çıxış edib.
İran çempionatının qalibi (2017) olan futbolçu İran U-23 milli komandasında (2012) heyətində 6 oyun keçirib, 1 qola imza atıb.
