Ölkə futbolu

“Neftçi”dən ilk transfer – Rəsmi

20.06.2020 , 22:39

“Neftçi” 2020/2021 mövsümü üçün ilk transferini rəsmiləşdirib.

Korner.az xəbər verir ki, “ağ-qaralar” Cabir Əmirli ilə 2 illik müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı müdafiəçi komandanın heyətində 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bunadək “Keşlə”də keçirdiyi 4 mövsüm ərzində meydana çıxdığı 54 oyunda 1 qola imza atmış Əmirli Azərbaycan U-21 milli komandasında da çıxış edib.

Son yazılar

Yuxarı