“Neftçi”dən ilk transfer
09.01.2023 , 14:21

“Neftçi” qış fasiləsində ilk transferini reallaşdırıb.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi “Sumqayıt”dan Höccət Haqverdini heyətinə qatıb. Məlumatı klubun mətbuat xidməti yayıb. Son olaraq icarə əsasında İranın “Traktor” klubunda çıxış edən Azərbaycan millisinin üzvü ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
