“Neftçi”nin sabiq idman direktoru Güloğlan Cabbarov “Böyük oyun”dakı hakimliklə bağlı danışıb.
Korner.az-ın məlumatına görə, “Xəzər Lənkəran”la kubokun final oyunundan sonra istefa verən Cabbarov “Facebook” səhifəsində AFFA Hakimlər Komitəsini ittiham edib:
“Xaqani Məmmədov kimi baş hakim 2002-ci ildə Azərbaycanı necə iki il futbolsuz qoymuşdu, indi də həmin vəziyyətdi. Nə vaxta qədər şərəfli, namuslu futbol adamları, hakimlər kənarda qalıb, belə olacaq. Kimlər ki, bunların “zakaz”larını yerinə yetirmir, onları ləkələyib futboldan silirlər. Nə vaxta qədər Hakimlər Komitəsi ayrıca qurum olmayacaq, PFL aslı bir təşkilat olacaq, hakimlərin başında özünə hörmət qoymayan, puldan ötrü şərəfini satan insanlar dayanacaq, həmişə belə olacaq”.
