big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Neftçi”dən getdiyim üçün peşman deyiləm” – Samir Məsimov

23.02.2017 , 13:28

Sloveniyanın “Domjale” klubundan ayrılaraq AZAL komandasına transfer olunan Samir Məsimov “Report”a müsahibə verib.

Korner.az müsahibəni təqdim edir:

– AZAL-a keçidiniz necə alındı? Təklif klubdan gəldi, yoxsa özünüz müraciət etdiniz?

– AZAL-ın baş məşqçisi Tərlan Əhmədova minnətdaram, məni komandasız qoymadı. Azərbaycanda onun kimi vətənpərvər məşqçinin olması ilə qürur duyuram.

– “Domjale”dən ayrılmağınızın səbəbi nədir?

– Orada oyun praktikam çox az idi, nadir hallarda meydana çıxırdım. Ona görə də ayrılmağa qərar verdim.

– Ehtiyatda qalmağınız nə ilə bağlıdır?

– Məni komandaya dəvət edən baş məşqçi Luka Elsner şans verirdi. Lakin onun gedişindən sonra yeni baş məşqçi Simon Rojman gəldi. O isə özümü göstərmək üçün imkan yaratmadı.

– Ancaq Luka Elsnerin zamanında da heyətdə möhkəmlənə bilmədiniz…

– Açığı, “Domjale”də niyə alınmadı, özüm də bilmirəm. Məşqçilər məndən razı idi.

– Bəlkə Simon Rojmanla probleminiz olub?

– Xeyr, “Domjale”də heç bir məşqçi ilə problemim olmayıb. Orada çox mehriban kollektiv vardı.

– Ötən ilin fevralında “Neftçi”dən “Domjale”yə keçdiyiniz üçün peşmansınız?

– “Neftçi”dən getdiyim üçün peşman deyiləm. Sloveniyaya inkişaf etmək, Avropada oynamaq üçün getmişdim.

– AZAL-dan başqa klubdan təklifiniz var idi?
– Bəli, bir neçə təklif almışdım. Moldovadan təklif göndərən bir komandaya keçidim baş tutmadı. Onların borcları ilə bağlı problemləri yarandı. Həmçinin Anatoli Ponomaryov zəng etmişdi, İsveçin I divizionuna çağırdı. Ancaq dil baryerinə görə “yox” deməli oldum. AZAL-da oynayacağam. Bu, mənim üçün yeni bir mərhələ, çağırışdır. Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm.

Son yazılar

To Top