“Neftçi”dən Donyo ilə bağlı rəsmi açıqlama
23.01.2023 , 18:07

“Neftçi” futbolçusu Qodsvey Donyonun “Apollon”a (Kipr) satıldığını açıqlayıb.
Korner.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
“Neftçi” rəsmi saytı vasitəsilə qanalı hücumçuya təşəkkür edib və ona uğurlar arzulayıb.
Qodsvey Donyo 15-i çempionat, (5 qol) 2-si kubok, 4-ü avrokubok (1 qol) olmaqla 21 rəsmi matçda “Neftçi”nin formasını geyinib, 6 qol vurub.
