“Neftçi”dən daha bir transfer
15.02.2019 , 16:43

“Neftçi” yeni transferini reallaşdırıb.
“Ağ-qaralar” Moldovanın “Şerif” klubunun futbolçusu Petru Rakunu heyətinə qatıb. 32 yaşlı müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Raku “Neftçi”də 4 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, sonuncu klubu “Şerif” (2017-2018) olan Raku Moldovanın “Zimbru” (2005-2007), “Veris” (2013-2014), “Milsami” (2015-2017), İsveçin “Norrçöpinq” (2007-2011), Finlandiyanın “MüPa-47” (2008) və Danimarkanın “Hyörrinq” (2012) klublarında da çıxış edib. O, Moldova milli komandasının heyətində 47 oyun keçirib, 1 qol vurub.
