“Neftçi” növbəti transferi gerçəkləşdirib.
Paraqvaylı yarımmüdafiəçi David Derlis Meza Kolli ilə müqavilə bağlanıb. 28 yaşlı futbolçu ilə anlaşmanın müddəti 1 ildir. Meza Kolli “Neftçi”də 10 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Derlis daha əvvəl ölkəmizdə “İnter” və “Qəbələ”də də çıxış edib.
Əlavə edək ki, bu yay transfer pəncərəsi dövründə “ağ-qaralar” Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Əzizli, Elnur Cəfərov və Mateo Mujeki də heyətinə cəlb edib.
