“Neftçi” PFK-nın U-13 komandası Rusiyanın Soçi şəhərində təşkil olunan “Dəri top” turnirində üçüncü oyununu keçirib.
Korner.az-ın məlumatına görə, komandamız Abxaziyanın “Ritsa” klubu ilə qarşılaşıb.
Oyun təmsilçimizin 5:1 hesablı qələbəsi ilə başa çatıb. “Neftçi”nin qollarını Ramin Nəsirli, Malik Nadirov, Zeynəddin Abdulrəhmanov və Vüsal Qəmbərov (2) vurub. Komandamız qrupda son oyununu oktyabrın 18-də “Soçi” klubuna qarşı keçirəcək.
Qeyd edək ki, “Neftçi” bunadək Kalininqrad (2:0) və Qazaxıstanın “Kostanay” (0:3) komandaları ilə qarşılaşmışdı.
