Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Korner.az-ın məlumatına görə, komandanın bu dəfəki rəqibi də Afrika klublarından seçilmiş futbolçulardan ibarət “SİBM Traning Center” klubu olub.
Matç “Neftçi”nin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 3:0.
Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk görüş 2:1 hesabı ilə Afrika təmsilçisinin xeyrinə başa çatıb.
23 iyun
Yoxlama oyunu
19:00. “Neftçi” – “SİBM Traning Center” – 3:0
Qollar: Rəhman Hacıyev, 11 (1:0), Araz Abdullayev, 22 (2:0), 90 (3:0)
