“Neftçi”dən ayrıldı, “Partizan”a keçdi
28.07.2023 , 18:53

“Neftçi”dən ayrılan Mateus Saldanyanın yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, braziliyalı hücumçu karyerasını “Partizan”da davam etdirəcək.
Bu barədə Serbiya klubunun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.
