“Neftçi”dən ayrıldı, Braziliya klubuna keçdi
22.02.2023 , 20:07

“Neftçi”dən ayrılan Gilyerme Patonun yeni klubu bəlli olub.
Korner.az xəbər verir ki, braziliyalı hücumameylli yarımmüdafiəçi ölkəsinin “Fiqeyrense” komandasına keçib.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. C Seriyası təmsilçisi 23 yaşlı vingerlə 2024-cü ilin sonunadək müqavilə bağlayıb.
