“Neftçi”dən ayrılan Saldanya Serbiyada ilk qolunu vurdu
07.08.2023 , 10:04

“Neftçi”ni son anda tərk edən Saldanya yeni klubu “Partizan”da qol hesabını açıb.
Korner.az-ın məlumatına görə, forvarda “Voyvodina” səfərində komandasının ilk qolunu vurub. Oyun isə “Partizan”ın qələbəsi ilə yekunlaşıb – 2:0
“Partizan” 2 turdan sonra 4 xalla 4-cü sıradadır.
