“Neftçi”dən ayrılan futbolçunun yeni ünvanı
11.06.2025 , 11:35
“Neftçi”dən ayrılan müdafiəçi Robert Bauerin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, almaniyalı oyunçu bundan sonra “Buriram Yunayted”də forma geyinəcək.
Futbolçu artıq yeni komandası ilə müqavilə də imzalayıb.
Xatırladaq ki, Bauer 2024-cü ilin yayından “Neftçi”də çıxış edirdi.