“Neftçi”dən ayrılan futbolçunun yeni klubu məlum oldu
27.08.2020 , 16:24

“Neftçi”dən ayrılan Soni Mustivarın yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, 30 yaşlı futbolçu karyerasını Rumıniyanın “Hermannştadt” klubunda davam etdirəcək. Onunla 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Mustivar 2018-2020-ci illərdə “Neftçi”də çıxış edib.
