“Neftçi”dən ayrılan futbolçu rəsmən “Sabah”da
21.12.2018 , 15:27

“Sabah” qış fasiləsində ilk transferini reallaşdırıb. Rəşad Eyubov bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.
26 yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə bağlanıb. Rəşad yeni komandasında 7 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, karyerası ərzində “Simurq”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”da oynamış Eyubovun son komandası “Neftçi” olub.
