“Neftçi”nin U-13 komandası AFFA-nın təşkil etdiyi Coca-Cola U-13 Liqasında növbəti oyununu keçirib.
Korner.az-ın məlumatına görə, “flaqman” 8-ci turda “Binə” klubunun qonağı olub. Görüş baş məşqçi Eldəniz Məmmədovun yetirmələrinin 9:1 hesablı qələbəsi ilə nəticələnib.
“Neftçi”nin qollarını Qurban Qurbanovun oğlu Musa Qurbanlı (4), eləcə də Mübariz Sultanov (2), Mirəli Əhmədov, Ziya Məmmədli və Mehmet Sərin vurub.
