“Neftçi”nin 4 futbolçusu 21 yaşlı futbolçulardan ibarət milli komandanın düşərgəsinə çağırılıb.
Korner.az-ın məlumatına görə, onlar Elvin Yunuszadə, Mirhüseyn Seyidov, Tərlan Quliyev və Araz Abdullayevdir.
Qeyd edək ki, 21 yaşadək yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 15-də səfərdə Makedoniya komandası ilə qarşılaşacaq.
