“Neftçi”dən qələbə, “Keşlə”dən darmadağın
22.02.2020 , 18:53

Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Turun ilk matçında “Qəbələ” “Neftçi”ni qəbul edib. Oyun “ağ-qaralar”ın qələbəsi ilə bitib – 2:0.
Günün digər oyunu isə iki paytaxt təmsilçisi “Keşlə” və “Zirə” arasında baş tutub. Meydan sahibləri rəqibini darmadağın edib – 4:0.
Tura sabah keçiriləcək “Qarabağ” – “Sumqayıt” və “Sabah” – “Səbail” oyunları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XVIII tur
22 fevral
“Qəbələ” – “Neftçi” – 0:2
Qol: A.Krivotsyuk, 8. B.Dabo, 14.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu, 15:00.
“Keşlə” – “Zirə” – 4:0
Qol: Ş.Qadoyev, 20; 71. V.İsgəndərli, 45. P.Azadov, 89.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Rəşad Əhmədov.
“ASK Arena”, 17:00.
