Ölkə futbolu

“Neftçi”də yeni təyinatlar

22.06.2022 , 19:15

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.

Korner.az klubun saytına istinadən xəbər verir ki, 42 yaşlı Viorel Dinu köməkçi məşqçi, 34 yaşlı Boqdan-Kornel Merişanu isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. Hər iki mütəxəssislə 2 illik müqaviləyə imza atılıb.

Qapıçılar üzrə məşqçi 53 yaşlı Florin Aleksandru olacaq. Onunla yaxın günlərdə müqavilə bağlanacaq.

Hər üç rumıniyalı mütəxəssis bundan əvvəl də baş məşqçi Laurentsiu Regekampf ilə birlikdə çalışıb.

Son yazılar

Yuxarı