“Neftçi” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb.
Mirabdulla Abbasovla müqavilənin müddəti 2019/2020 mövsümünün sonunadək artırılıb. Ötən mövsüm 30 oyunda 6 qol vuran 23 yaşlı hücumçunun bundan əvvəlki müqaviləsinin müddəti 2018/2019 mövsümünün sonuna kimi idi.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev, Anton Krivotsyuk, Soni Mustivar və Namiq Ələskərovla müqavilə yeniləyib.