“Neftçi”də yeni qapıçı – Rəsmi
22.01.2022 , 17:59

“Neftçi” heyətinə yeni qapıçı cəlb edib.
Korner.az xəbər verir ki, “ağ-qaralar” İvan Brkiçlə müqavilə imzalayıb.
27 yaşlı qolkiper “Neftçi”nin qış fasiləsində 4-cü transferi olub.
“Neftçi” qış fasiləsində Azər Salahlı, Eddi İsrafilov və Gilyerme Pato ilə müqavilə imzalamışdı.
