“Neftçi”də yeni müqavilə
10.12.2018 , 13:42

Neftçi” futbolçusu Ömər Buludovla gələn il mayın 31-də bitməli olan müqavilənin müddətini artırıb.
Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
19 yaşlı müdafiəçi 2021-ci il mayın 31-dək bu komandanın formasını geyinəcək.
“Neftçi”nin yetirməsi olan Ömər Buludov bu mövsüm 9 oyunda meydana çıxıb.
