“Neftçi”də yeni müqavilə
02.07.2018 , 11:24

“Neftçi” daha bir futbolçu ilə müqavilənin müddətini artırıb. Namik Ələskərov 2019/2020 mövsümünün sonunadək komandanın formasını geyinəcək.
Ötən mövsüm 32 oyunda 6 qol vurmuş 23 yaşlı yarımmüdafiəçinin bundan əvvəlki müqaviləsinin müddəti 2018/2019 mövsümünün sonunda bitəcəkdi.
“Ağ-qaralar” bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev, Anton Krivotsyuk və Soni Mustivarla müqavilə yeniləmişdi.
