Ölkə futbolu

“Neftçi”də yeni müqavilə

16.06.2021 , 20:54

“Neftçi” müdafiəçisi Voislav Stankoviçlə müqavilənin müddətini artırıb.

Korner.az xəbər verir ki, 33 yaşlı serbiyalı futbolçu ilə 1+1 şərtli anlaşma imzalanıb. Məlumatı klubun saytı yayıb.

Stankoviç “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 53 oyunda meydana çıxıb, 3 qol vurub.

“Neftçi” bundan əvvəl Ömər Buludov, Fəhmin Murabəyli, Mamadu Mbodj və Mirabdulla Abbasovla yeni müqavilə bağlamışdı.

 

Son yazılar

Yuxarı