“Neftçi”də yeni müqavilə
08.06.2021 , 15:55

“Neftçi” yetirməsi Mirabdulla Abbasovla müqavilənin müddətini uzadıb.
Korner.az xəbər verir ki, yeni anlaşmaya görə, 26 yaşlı hücumçu daha 2 il – 2023-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.
Abbasov “Neftçi”də keçirdiyi 7 mövsüm ərzində 95 oyunda meydana çıxıb, 20 qola imza atıb.
