“Neftçi”də yeni müqavilə
25.05.2021 , 18:51

“Neftçi” yetirməsi Ömər Buludovla müqavilənin müddətini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Anlaşmaya əsasən, sağ cinah müdafiəçisi 2024-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.
22 yaşlı futbolçu 2017/2018 mövsümündən etibarən “Neftçi”nin heyətində 74 rəsmi oyunda meydana çıxıb, 3 qola imza atıb.
