“Neftçi”də yeni məşqçi
09.06.2021 , 15:55

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub.
Korner.az xəbər verir ki, Mübariz Orucov əsas komandada köməkçi məşqçi vəzifəsini yetirəcək.
47 yaşlı mütəxəssis bunadək “Qarabağ”ın U-15 və U-17 komandalarında baş məşqçi, “Sumqayıt” klubunda və 17 yaşadək Azərbaycan milli komandasında köməkçi məşqçi kimi çalışıb. Mübariz Orucov futbolçu kimi “Xəzər” (Sumqayıt), “Viləş”, “Şəmkir”, “Qarabağ” və “Karvan” klublarında çıxış edib.
