“Neftçi”də yeni hücumçu
09.08.2023 , 23:58

Korner.az xəbər verir ki, “ağ-qaralar” son klubu “Erzurumspor” olan Aaron Olanareni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı forvardla razılaşmanın detalları açıqlanmayıb.
Olanare karyerası ərzində Norveçdə “Valerenqa”, “Sarpsborq”, Rusiyada ÇSKA, “Amkar”, Çində “Yatay”, “Lonqfor” kimi komandalarda forma geyinib.
Forvard Nigeriya yığmasında 7 oyuna 2 qol vurub.
