“Neftçi”də yeni hücumçu
21.01.2024 , 19:35

“Neftçi” qış fasiləsi dönəmində daha bir transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi kolumbiyalı hücumçu Brayan Moreno ilə 1,5 illik müqavilə imzalayıb.
24 yaşlı futbolçu “Neftçi”nin heyətində 88 nömrəli formanı geyinəcək.
Brayan Moreno bunadək Kolumbiyanın “Atletiko Uila” (2019-2021) və Bolqarıstanın ÇSKA (Sofiya, 2022-2023) klublarında çıxış edib.
