“Neftçi”də yeni baş məşqçi – RƏSMİ
11.11.2020 , 18:00

“Neftçi”nin baş məşqçi vəzifəsinə yeni təyinat olub. Klubun Müşahidə Şurasının qərarı ilə komandanı Samir Abasov çalışdıracaq.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
42 yaşlı mütəxəssislə 2021/2022-ci illər mövsümünün sonunadək müqavilə bağlanıb.
Qeyd edək ki, Abasov 2003/2004 mövsümündə “Neftçi”də çıxış edib, Azərbaycan çempionatının və kubokunun qalibi olub. O, baş məşqçi kimi “Sumqayıt” (2015-2018) və “Zirə” (2018-2019) klublarında çalışıb.
