“Neftçi”də yeni baş məşqçi
25.12.2023 , 10:49

Adrian Mutu ilə yollarını ayıran “Neftçi”nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Korner.az xəbər verir ki, komandaya bundan sonra Miodraq Bojoviç rəhbərlik edəcək.
“Neftçi” bu ilin iyulunda Adrian Mutu ilə 2 illik müqavilə imzalamışdı.
“Ağ-qaralar” onun başçılığı altında 22 oyunda 9 qələbə qazanıb, 8 dəfə məğlub olub.
