Ardıcıl üçüncü çempionluğun bir addımlığında olan “Neftçi” “Qəbələ” ilə oyunun hazırlıqlarını davam etdirir.
Korner.az–ın məlumatına görə, paytaxt klubu artıq Qəbələyə yola düşüb.
Böyükağa Hacıyevin komandası həlledici qarşılaşmaya tam heyətlə yollanıb. Komandanın heyətində zədəli və cəzalı futbolçular yoxdu.
Çempionatın bombardiri Nikolas Kanales də cəzasını başa vurduğundan Qəbələdə meydana çıxa biləcək.