“Neftçi”nin yeni transferi
Samir Məsimov transferi barəsində danışıb.
Korner.az klubun rəsmi saytına açıqlama verən futbolçunun çıxışını təqdim edir:
“Necə böyük
bir kluba gəldiyimi gözəl anlayıram. İstəyirəm ki, “Neftçi” ilə birgə
çempionluq yaşayım və komandamızın uğurlarında pay sahibi olum. Çalışacağam ki,
“Neftçi”nin əsas heyətində möhkəmlənim. Rusiyada legioner futbolçu hesab
olunurdum. Çünki Azərbaycan millisini seçmişdim. Mənim ana vətənim
Azərbaycandır və öz millimin heyətində oynamağı həmişə hər şeydən üstün
tutmuşam. Rusiyada mənə deyirdilər ki, Azərbaycan millisini seçməyin buradakı
karyeranın üstündən xətt çəkə bilər. Amma mən Azərbaycan millisində və
“Neftçi”də böyük nailiyyətlərə imza atmaq istəyirəm”.
