Antalyada təlim-məşq toplanışında olan “Neftçi” ciddi şəkildə “Fənərbağça” ilə qarşılaşacağı yoldaşlıq oyununa hazırlaşır.
Korner.az-a açıqlama verən klubun mətbuat katibi Gündüz Abbaszadə komandanın oyuna tam hazır olduğunu bildirib:
“Komandamız oyuna tam hazırdı, oyuna ciddi hazırlaşmışıq. Mən özüm elə indicə komandanın məskunlaşdığı otelə çatmışam”.
Gündüz Abbaszadə həmçinin matçın təxirə getməyəci ilə bağlı da açıqlama verib.
“Bizə belə bir məlumat verilmiyib. Bir daha deyirəm komandamız oyuna hazırlaşır. Oyunun başlama saatını gözləyir”.
