Premyer Liqanın 15-ci turunda “Qarabağ”la görüşəcək “Neftçi” qarşılaşmanın hazırlıqlarını davam etdirir.
Korner.az-ın məlumatına görə, “Neftçi” bu görüşə ciddi itkilərlə çıxacaq.
Belə ki, Vobay və Kaue zədə səbəbindən bu görüşü buraxacaq. Bundan başqa, Elvin Yunuszadə və Elnur Allahverdiyev cəzalı durumda olduqlarına görə bu qarşılaşmada meydana çıxmayacaqlar.
“Qarabağ”- “Neftçi” dueli 7 dekabr, saat 15:15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
