“Neftçi”də itkilər
01.02.2023 , 15:54

“Neftçi” Azərbaycan Premyer Liqasının XX turunda “Zirə” ilə oyuna itkilərlə çıxacaq.
Korner.az xəbər verir ki, komandanın 3 futbolçusu matçı buraxacaq. Bunlar Eddi israfilov, Rəhman Hacıyev və Fərid Yusiflidir. Hər üç oyunçu fərdi məşqlərlə kifayətlənir.
“Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 17:30-da start götürəcək.
