Azərbaycan Premyer Liqasının 8-ci turunda sabah “Sumqayıt”la qarşılaşacaq “Neftçi”nin heyətində bir sıra itkilər var.
Korner.az-ın məlumatına görə, milli komandamızın heyətindən zədəli dönən Elnur Allahverdiyevin sabahkı oyunda iştirakı sual altındadır. Kapitan Flavinyo isə zədəsini tam sağaltmayıb.
Aparıcı futbolçulardan olan Erik Ramos da sabahkı oyunu buraxmalı olacaq. Məşq zamanı zədələnən paraqvaylı yarımmüdafiəçi komandanın dünənki hazırlığında iştirak etməyib. (azerisport)
