“Neftçi”də itkilər
20.04.2024 , 13:25

“Neftçi” Azərbaycan Premyer Liqasının XXXI turunda bu gün “Zirə”nin qonağı olacaq.
Korner.az xəbər verir ki, “ağ-qaralar”ın futbolçuları – Emil Balayev və Azər Salahlı bu görüşdə iştirak etməyəcək.
Balayev zədəli, Salahlı isə cəzalı olduğu üçün matçda oynamayacaq.
“Zirə” – “Neftçi” görüşünə saat 19:00-da start veriləcək.
