“Neftçi”də itki
17.10.2020 , 12:25

Azərbaycan Premyer Liqasının VI turunda “Sabah”ı qəbul ecəck “Neftçi” bu matça itki ilə çıxacaq.
Korner.az xəbər verir ki, son 3 turu zədə səbəbindən kənarda Stiven Monroz bu turda zədəsini sağaltmayıb və “Sabah”la oyunu buraxmalı olacaq.
“Neftçi” – “Sabah” matçı 18 oktyabr, saat 14:00-da start götürəcək.
