“Neftçi” PFK-nın əvəzedici komandasına yeni baş məşqçi təyin olunub.
Korner.az-ın klub saytına istinadən verdiyi məlumata görə, bu post bundan əvvəl U-19 komandamızı çalışdırmış Samir Əliyevə tapşırılıb. Samir Əliyev hazırda AFFA-nın təşkil etdiyi “A” kateqoriyalı məşqçilik kurslarında iştirak etdiyindən, əvəzediciləri “Xəzər Lənkəran”la sabah keçiriləcək oyuna məşqçi Səttar Əliyev çıxaracaq.
Bundan başqa, “Neftçi” PFK-nın U-19 komandasının baş məşqçisi vəzifəsinə Azər Bağırov təyin olunub.
