“Neftçi”də iki yubiley
22.05.2023 , 11:23
Misli Premyer Liqasının 35-ci turu “Neftçi”nin iki futbolçusu üçün əlamətdar olub.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, “Kəpəz”lə Qəbələdə baş tutan səfər matçı Rəhman Hacıyev və Voyislav Stankoviçin yubileyi ilə yadda qalıb. Hacıyev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
30 yaşlı yarımmüdafiəçi Premyer Liqada 2008/09 mövsümündə debüt edib. İlk oyununa “Bakı” forması ilə çıxan Hacıyev 14 mövsüm ərzində 4 fərqli klubda çıxış edib. Onun hesabında 27 qol var. O, “Neftçi”də 144 (14 qol), “Bakı”da 44 (2 qol), “Şamaxı”da 44 (8 qol), “Sumqayıt”da 18 (3 qol) oyun keçirib.