Ölkə futbolu

“Neftçi”də gərginliyin səbəbi nədir? – MÜKAFATLAR VERİLMƏYİB (İDDİA)

20.08.2019 , 17:43

Tula “Arsenal”ı ilə görüşlərdə qazandığı qələbələrlə bir anda azarkeşlərinə “əfsanə geri qayıdır” düşüncəsi verən “Neftçi” “Bney Yehuda” ilə oyunlardakı fiaskonu dünən “Sabah”la matçda davam etdirdi.

Nəticəsizlik bir yana, bu gün “flaqman”ın fanatlarını narazı salan əsas məsələ komandanda daxilində yaşanan gərginliyin üzə çıxardığı sistemsiz oyun və futbolçuların ürəksiz oynamalarıdır. Klub rəhbərliyi isə uğursuzluğun müqabilində hesabat vermək əvəzinə, dünənki oyunda “istefa” şüarları səsləndirən “Neftçimania” azarkeş qrupunun üzvlərinə Bordinin, Petrovun “kənar şəxs yarlığı” yapışdırmasına göz yumur, fanatları polis gücünə stadiondan çıxartdırır. Bir sözlə, bu gün “ağ-qaralı” klub qaynayan qazanı xatırladır. Kluba yaxın olan mənbə korner.az-a bildirir ki, baş verən gərginliyin, futbolçuların istəksiz oyununun kökündə vəd olunan, ancaq hələ də ödənilməyən mükafatdır. Mənbə iddia edir ki, klub rəhbərliyi Tula “Arsenal”ı ilə oyundan əvvəl mərhələ adlayacaqları təqdirdə komanda üzvlərinə yüksək məbləğdə mükafat söz verib.

Ancaq komanda mərhələni keçsə də, vəd yerinə yetirilməyib. İsraillilərlə görüş ərəfəsində klub prezidenti Kamran Quliyev futbolçuları arxayın edib ki, “Bney Yehuda” ilə səfər matçınadək mükafatlar veriləcək, ancaq bu vəd də bugünədək nəticəsiz qalıb və əslində, bəzi futbolçuların son üç matçda meydanda həvəssiz oynamasının əsl səbəbi məhz vəd olunub ödənilməyən pullardır. Məsələ ilə bağlı klubun münasibətini öyrənməyə çalışacağıq.

Son yazılar

Yuxarı