Hazırda davam edən “Qarabağ” – “Neftçi” oyununda maraqlı məqam yaşanıb.
Korner.az-ın məlumatına görə, “Neftçi” futbolçularından Rəhman Hacıyev adi bir epizodda qapıya zərbə endirib.
Bu məqam isə komandanın digər üzvü Ruslan Qurbanovun kəskin etirazına səbəb olub. Qurbanov üzünü baş məşqçi Vəli Qasımova tutaraq əl hərəkətləri ilə Rəhman Hacıyevin əvəzlənməsini istəyib və hələ də niyə görə əvəzlənməməsinə etiraz edib.
