“Neftçi”nin kapitanı Ruslan Abışov Topaz Premyer Liqanın 23-cü turunda “Zirə” ilə keçiriləcək oyunda iştirak etməyəcək
Buna səbəb müdafiəçinin son turda “Sumqayıt”la oyunda cəzalı duruma düşməsidir.
Millimizin üzvü 2:2 hesabı ilə başa çatan matçda mövsümdə 4-cü sarı vərəqəsini alıb.
Qeyd edək ki, “Zirə” – “Neftçi” oyunu aprelin 15-də keçiriləcək.
