“Neftçi”də baş məşqçi postuna namizədlər
08.06.2022 , 20:21

“Neftçi”də yeni baş məşqçi vəzifəsinə namizədlər açıqlanıb.
Korner.az xəbər verir ki, klubun mətbuat xidmətindən “Neftçi” TV-yə bildirilib ki, namizədlər ukraynalı Yuri Vernidub və rusiyalı Viktor Qonçarenkodur.
Yeni baş məşqçi ilə bağlı yekun qərar iyunun 14-dək veriləcək.
