Futbol

“Neftçi” uduzdu, “Qarabağ”dan qələbə

25.02.2021 , 20:30

Bu gün Azərbaycan Premyer Liqasında XVII turun oyunları keçirilib.

Əvvəlcə “Qəbələ” “Sumqayıt”ı qəbul edib. Meydan sahibləri bu görüşdə 1:0 hesablı qələbə qazanıb.

Gümün ikinci matçında lider “Neftçi” səfərdə “Zirə” ilə üz-üzə gəlib və 0:1 hesabı ilə məğlub olub.

Digər görüşdə isə “Sabah” “Keşlə” ilə qarşılaşıb. Oyun heç-heçə ilə bitib – 1:1.

Turun bağlanış oyununda isə “Qarabağ” “Səbail”lə üz-üzə gəlib. Ağdam klubu bu görüşdə 1:0 hesablı qələbə qazanıb.

Azərbacan Premyer Liqası
XVII tur

25 fevral (cümə axşamı)

15:00. “Qəbələ” –“ Sumqayıt” – 1:0
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rauf Allahverdiye
Qəbələ şəhər stadionu

16:00. “Zirə” – “Neftçi” – 1:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu

17:30. “Sabah” – “Keşlə” – 1:1
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Elçin Məsiyev
“Bank Respublika Arena”

18:30. “Qarabağ” – “Səbail” – 1:0
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rəhim Həsənov
“Azersun Arena”

Son yazılar

Yuxarı