“Neftçi” təlim-məşq toplanışı çərçivəsində dördüncü yoxlama oyununu keçirib.
Komanda “Zirə” ilə qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında keçirilən görüşdə “Neftçi” 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu Tərzin Cahangirov vurub.
“Neftçi” Bakı toplanışı çərçivəsində sonuncu yoxlama oyununu iyulun 22-də əvəzedici komandasına qarşı keçirəcək.
